İsrail “Hizbullah”a qarşı geniş miqyaslı əməliyyata hazırlaşır – İDDİA
Dünya
01.07.2024 19:45
İsrail iyulun üçüncü
və ya dördüncü həftəsində Livan ərazisində “Hizbullah”a qarşı yerüstü hərbi əməliyyatlara
başlaya bilər.
TodayPress-in məlumatına
görə, bu barədə “Bild” nəşri qərbdəki diplomatik mənbələrə istinadən xəbər
yayıb.
İsrailin Milli Təhlükəsizlik
və Hərbi Strategiya İnstitutunun analitiki Aşar Feldman vəziyyətin nəzarətdən
çıxa biləcəyinə işarə edib. O, “Hizbullah”a qarşı yönələcək hərbi hərəkatın
İranla birbaşa müharibə riski yarada biləcəyini düşünür:
“Başqa bir ssenariyə
görə, İran vəziyyətdən istifadə edib, özünün nüvə potensialını gücləndirməyə
çalışacaq. Belə olan halda isə ABŞ-nin İrana hərbi müdaxiləni dəstəkləyəcəyi
sual altındadır. Bu baş verərsə, İsrail İran tərəfinin nüvə proqramına qarşı tədbirlər
görülməsi ilə bağlı qərar qəbul etməli olacaq. İran isə vəziyyətdən istifadə
edib nəzarətindəki “marionet” qruplaşmalara İsrailə hücum əmri verə bilər. Bu
baş verərsə, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq” deyə Aşar Feldman əlavə edib.
tag: İsrail, Hizbullah, HƏMAS, İran, todaypress.az,