İsrail “Hizbullah”a aid PUA-nı məhv etdi
Dünya
27.07.2024 15:10
İsrail Hərbi Dəniz Qüvvələri “Hizbullah”ın pilotsuz uçuş aparatını (PUA) məhv ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.
Bildirilib k, kəşfiyyat xarakterli PUA Aralıq dənizi üzərində “Kariş” yatağının ərazisindəki qaz platformasına doğru irəliləyərkən vurulub.
Qeyd edək ki, iyulun 24-də “Hizbullah” qüvvələri Ramat David aviabazasını havadan tədqiq etmək üçün İran istehsalı olan “Hudhud” kəşfiyyat PUA-sından istifadə ediblər.
tag: Hizbullah,İsrail, PUA, Dəniz Qüvvələri, Kariş, todaypress.az,