İsrail “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdiyini açıqladı
Dünya
22.11.2024 23:23
İsrail Hərbi Hava Qüvvələri son saatlarda
Livanın cənubundakı Sur şəhərində “Hizbullah”ın hərbi obyektlərinə iki seriya
zərbələr endirib.
TodayPress xəbər
verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyasının hədəfi
“Hizbullah”ın silahlı qanadının tərkibində fəaliyyət göstərən “Əziz” bölməsi
tərəfindən istifadə edilən hərbi infrastruktur olub. Komanda mərkəzlərinə,
kəşfiyyat infrastrukturuna, silah anbarlarına zərbələr endirilib.
İsrail hərbçilərinin məlumatına görə,
“Əziz” bölməsi Sur rayonundan fəal şəkildə baza kimi istifadə edir və oradan
İsrail ərazisinə atəş açır.
Qeyd edək ki, sentyabrın 23-də İsrail
Livanda "Hizbullah" birləşmələrinə qarşı “Şimal oxları” əməliyyatına
başlayıb və təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir.
tag: Hizbullah, Livan, Israil,Beyrut, todaypress.az,