İsrail “Hizbullah” ilə sülh bağlayacaq, amma bir şərtlə...

Dünya

15.10.2024 10:22

1898

İsrail rəhbərliyi “Hizbullah” ilə barışıq əldə etmək üçün bir sıra şərtlər irəli sürə bilər, o cümlədən Livandakı BMT-nin sülhməramlı missiyasının sayının 10 min nəfərdən 15 min nəfərə çatdırılmasını tələb edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.  

Bildirilib ki, yəhudi dövləti təşkilatın qüvvələrinin Livanın sərhəd rayonlarını tərk etməsində israr edəcək. Həmçinin, İsrailin şərtlərindən biri də təşkilatın Livanın cənubundakı fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün rəsmi icazə almaq ola bilər.

Qəzetin mənbələrinin qeyd etdiyi kimi, İsrail tərəfi BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin gücləndirilməsini tələb edə bilər ki, bu qətnamənin yeni variantında onun yerinə yetirilməsini təmin edən mexanizm nəzərdə tutulur. 

Töhfə Səməd

tag: Livan ,BMT ,Sülhməramlı ,İsrail ,Kəşfiyyat ,todaypress.az,