İsrail hərbçiləri “Hizbullah”ın 440-a yaxın üzvünü məhv etdi
Dünya
06.10.2024 06:22
İsrail hərbçiləri Livanda quru əməliyyatı
zamanı “Hizbullah” təşkilatının silahlı birləşmələrinin 440-a yaxın üzvünü məhv
edib, 9 döyüşçünü isə itirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə
Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.
Onun sözlərinə görə, “Hizbullah”ın məhv edilən
döyüşçülərindən 30-u müxtəlif rütbəli komandirlərdir:
Daniel Haqari bildirib ki, İsrail hərbçiləri ilə yanaşı
ölkənin Hərbi Hava Qüvvələri Beyrut da daxil olmaqla Livanda mövcud olan
“Hizbullah”ın hədəflərinə onlarla zərbə endirib.
“Dünən biz “Hizbullah”ın əsas kəşfiyyat qərargahına
zərbələr endirdik. Hücumların nəticələrini öyrənirik və yenilənmiş məlumatları
dərc etməyə davam edəcəyik”.
tag: HƏMAS, Hİzbullah,İsrail, Fələstin, todaypress.az,