İsrail HƏMAS-ın tunelini dağıtdı

Dünya

03.09.2024 16:28

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatının istifadə etdiyi tuneli məhv edib.

TodayPress xəbər verir ki, bu barədə İsrail orsusunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, tunel Fələstin anklavının şimalındakı Beyt Lahiya şəhəri yaxınlığında yerləşib. 

Uzunluğu 1 km-dən çox olan tuneldə silah-sursat, elektrik infrastrukturu və yüklərin daşınması üçün dəmir yolu aşkarlanıb. 

Günəş Mərd

tag: İsrail, Qəzza, HƏMAS, Tunel, Fələstin, todaypress.az,