İsrail HƏMAS-ın “tamamilə məhv edilməsi” planını hazırlayacaq

Dünya

10.01.2025 16:40

İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə Fələstinin HƏMAS hərəkatı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəsmən vəzifəyə başlamasından əvvəl girov götürülmüş insanları azad etməzsə, onun "tamamilə məhv edilməsi" üçün plan hazırlamağı tapşırıb. 

TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, yanvarın 9-da axşam saatlarında hərbi idarənin rəisi İsrail Müdafiə Qüvvələrinin (IDF) komandanlığının nümayəndələri ilə görüş keçirib. İclasda Ordunun Baş Qərargah rəisi Herzi Halevi də iştirak edib.

Katz görüş zamanı deyib: “Əgər girovlarla bağlı razılaşma Trampın andiçmə mərasiminə qədər yerinə yetirilməsə, Qəzza zolağında HƏMAS tam məğlubiyyətə uğramalıdır”.

Bunun fonunda o, Fələstin hərəkatının “tamamilə məhv edilməsi” planının hazırlanmasını və onun həyata keçirilməsinə mane ola biləcək problemlərin aydınlaşdırılmasını tələb edib. Bu, xüsusən humanitar və digər sahələrdəki çətinliklərə aiddir.  

Eyni zamanda, nazir qərarların qəbulunun ölkənin siyasi rəhbərliyində qalmalı olduğuna diqqət çəkib. Onun fikrincə, İsrail dövləti HƏMAS-ın məğlubiyyətinə və Qəzza zolağında hərbi əməliyyatların sona çatmasına gətirib çıxara bilməyəcək “yıxılma müharibəsi”nə cəlb edilməməlidir.    

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb. 

Günəş Mərd

tag: İsrail ,HƏMAS ,Məhv, Plan, todaypress.az,