İsrail HƏMAS-ın saziş layihəsinə cavab verməsini gözləyir

Dünya

13.01.2025 18:57

İsrail və Qəzza zolağında atəşkəs üzrə vasitəçilər HƏMAS-dan 24 saat ərzində atəşkəs və anklavda saxlanılan girovların azad edilməsinə dair saziş layihəsinə cavab verməsini gözləyirlər. 

TodayPress xəbər verir ki, bu barədə "Axios" portalı məlumat verib.

“İsrail ilə yanaşı vasitəçilər (Qətər, Misir və ABŞ) atəşkəs və Qəzzada girovların azad edilməsinə dair saziş layihəsi üzərində razılığa gəliblər. Artıq onu HƏMAS-a göndəriblər. Son günlər bir sıra məsələlərdə İsrailin mövqeyi çox çevik olub, lakin hazırda HƏMAS-ın nə cavab verəcəyi hələ ki, sual altındadır. Yalnız bundan sonra nəyin necə olacağına əmin olmaq mümkündür” deyə bildirilib.

Töhfə Səməd

tag: İsrail ,Qəzza,HƏMAS,Qətər,Misir ,ABŞ,Saziş,Razılaşma ,todaypress.az,