İsrail HƏMAS-ın komandirlərini məhv etdi
Dünya
10.09.2024 20:48
İsrail
Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığındakı
hava zərbələri ilə radikal HƏMAS hərəkatının “Tell əs-Sultan” batalyonunun
komanda zəncirini məhv edib.
TodayPress
xəbər
verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə,
“Tell əs-Sultan” batalyonunun komandiri Mahmud Həmdan və üç bölük komandiri,
həmçinin onlarla silahlı zərərsizləşdirilib.
tag: İsrail, Qəzza, HƏMAS,Tell əs-Sultan, todaypress.az,