İsrail HƏMAS-ın girovunu xilas etdi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS-ın girov götürdüyü Qaidə Fərhan Əlkadini xilas edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin “Telegram” kanalında məlumat yayılıb.
Bildirilib ki, oktyabrın 7-dən bəri Əlkadini HƏMAS tərəfindən girov götürülüb.
İsrail ordusu onun Qəzzanın cənubunda çox mürəkkəb əməliyyat nəticəsində azad edildiyini vurğulayıb.
Əlkadini xəstəxanaya aparılıb və hazırda tibbi müayinədən keçirilir.
Töhfə Səməd
tag: İsrail, Qəzza, HƏMAS,Əməliyyat, Silahlar, todaypress.az,