İsrail HƏMAS-ın bütün təkliflərini rədd etdi

Dünya

15.07.2024 14:44

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin nizamlanmasına dair saziş layihəsində HƏMAS-ın təklif etdiyi bütün dəyişikliklərdən imtina edib.  

TodayPress xəbər verir ki, bu barədə “Gazeta.ru” yazıb.  

Bildirilib ki, HƏMAS ümumilikdə sazişin mətninə 29 dəyişiklik təklif edib və onların hamısı rədd edilib. 

İsrail tərəfinin əlavə şərtlər təklif etmədiyi və dəyişikliyə yol verməyəcəyi qeyd olunub.  

Günəş Mərd

tag: İsrail, HƏMAS, Dəyişiklik, Qəzza, Saziş,todaypress.az,