İsrail HƏMAS-ı ittiham etdi
“HƏMAS girovları edam
etməklə Qəzza zolağında atəşkəs əldə etmək istəmədiyini nümayiş etdirdi”.
TodayPress xəbər verir
ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu vurğulayıb ki, dekabr ayından etibarən HƏMAS
mahiyyəti üzrə danışıqlardan imtina edib.
“Girovları kim öldürürsə,
razılaşmaq istəmir. Biz geri çəkilməyəcəyik” deyə İsrailin baş naziri bildirib.
O, əlavə edib ki, İsrail əsir götürülmüş girovların azad edilməsi üçün razılıq əldə
etməyə davam edəcək.
Töhfə Səməd
tag: İsrail, Qəzza, HƏMAS, Hərbi Xidmət, todaypress.az,