İsrail HƏMAS danışıqları dalana dirəndi
Dünya
26.07.2024 14:38
İsrail Qəzza zolağında atəşkəs rejiminə və HƏMAS hərəkatı ilə girov mübadiləsi proqramına dəyişiklik etməyə çalışır.
TodayPress bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, iyulun əvvəlində Qahirədə keçirilən danışıqlarda İsrail rəsmiləri yeni şərt irəli sürüblər. Təklif olunub ki, mülki şəxslər Qəzza zolağının cənubundan şimalına gedərkən yoxlamalardan keçməlidirlər.
HƏMAS bu şərti rədd edib.
Qeyd edək ki, bundan əvvəl HƏMAS nümayəndəsi bildirib ki, İsrail Fələstin ərazilərində münaqişənin həlli üçün son təklifdən kənara çıxan yeni şərtlər irəli sürüb.
Günəş Mərd
tag: İsrail, Qəzza, HƏMAS, Qahirə, Hərəkat, todaypress.az,