İsrail HƏMAS-a zərbələr endirdi – Qruplaşma liderlərindən biri məhv edildi
Dünya
22.06.2024 17:42
Livanda HƏMAS və "Əl-Cəmaə əl-İslamiyyə" qruplaşmasının liderlərindən biri Ayman Qatma İsrail Müdafiə Ordusunun hava hücumu nəticəsində zərərsizləşdirilib.
TodayPress, bu barədə “The Times of Israel” ordudakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, A.Qatma HƏMAS-ın və "Əl-Cəmaə əl-İslamiyyə" qruplaşmasının silah təchizatına cavabdeh idi.
İsrail qırıcıları həmçinin Qəzza ərazisində HƏMAS-ın iki hərbi obyektinə zərbələr endirib.
Nərmin Tuncay
tag: Livan, HƏMAS, Zərbələr, İsrail, Əl-Cəmaə Əl-İslamiyyə, todaypress.az,