İsrail hava limanının yaxınlığına raket düşdü
Dünya
06.11.2024 17:05
Livandan İsrailə atılan raketlərdən biri Tel-Əvivin Ben Qurion hava limanı yaxınlığında partlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat verib.
Hava limanının normal rejimdə işlədiyi qeyd edilir. Ölənlər barədə məlumat yoxdur.
Hadisə ilə bağlı İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Livandan 10-a yaxın raket sərhədi keçib. Raketlərin əksəriyyəti ələ keçirilib” məlumatda qeyd olunub.
Günəş Mərd
tag: Livan, İsrail, Hadisə, Raket,Ben Qurion, todaypress.az,