İsrail girovlarla bağlı HƏMAS-ın razılığını gözləyir

Dünya

05.01.2025 10:25

HƏMAS və İsrail arasında girovların azad edilməsinə dair potensial razılaşmanın əsas təfərrüatları  razılaşdırılıb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı  məlumat yayıb. 

Kanalın bildirdiyinə görə, HƏMAS və İsrail arasında girovlarla bağlı razılaşmanın qarşısında duran ən bariz maneələrdən biri Fələstin hərəkatının ilkin mərhələdə azad ediləcək girovların adlarını açıqlamaqdan imtina etməsi olub.

Telekanalın məlumatına görə, HƏMAS qeyd edib ki, girovların axtarışı üçün hərəkata bir həftəlik fasilə lazımdır. 

Günəş Mərd 

tag: İsrail,HƏMAS,Girov,Axtarış,Kanal,Todaypress.az,