İsrail Fransanın təklifinə “YOX dedi
Dünya
14.06.2024 15:25
İsrail Fransanın təklif etdiyi üçtərəfli formatda iştirak etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant "X" hesabında bildirib.
"Biz ədalətli müharibə apardığımız, xalqımızı müdafiə etdyimiz zamanda Fransa İsrailə qarşı düşmənçilik siyasətini həyata keçirdi. Bununla Fransa HƏMAS-ın israilli uşaqlara, qadınlara və kişilərə qarşı törətdiyi vəhşiliklərə məhəl qoymadı. İsrail Fransanın təklif etdiyi üçtərəfli çərçivədə iştirak etməyəcək" deyə nazir bildirib.
tag: İsrail, Fransa, Yoav Qallant, HƏMAS, todaypress.az,