İsrail Fransa səfirinin Beyrutdakı iqamətgahının yaxınlığına hava zərbəsi endirdi

Dünya

26.11.2024 00:14

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutun cənub-şərq hissəsindəki Dəvvər Tayuni meydanına raket zərbəsi endirib.

TodayPress  “TASS” istinadən xəbər verir ki, hava hücumu nəticəsində Fransa səfirinin Beyrutdakı iqamətgahının yerləşdiyi “Snobar” sarayından təxminən 500 metr aralıda yerləşən çoxmərtəbəli bina tamamilə dağılıb.

Digər hücum Şueifat ətrafında yaşayış binasına edilib.

Aynur TAC


tag: İsrail,Hərbi, Beyrut, Raket, Fələstin, todaypress.az,