İsrail əsgərləri atışmada yaralandılar
İordaniyadan İsrail ərazisinə daxil olan bir qrup silahlı şəxslə atışma zamanı iki İsrail əsgəri yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidməti məlumat yayıb.
Açıqlamada əsgərlərdən birinin yüngül yaralandığı, digərinin isə orta dərəcəli xəsarət aldığı qeyd olunub.
Onlar tibbi yardım üçün xəstəxanaya aparılıb.
İsrail ordusunun mətbuat xidməti əlavə edib ki, ölkənin hərbçiləri hazırda İordaniya ilə sərhədə yaxın ərazilərdə əməliyyatlar keçirdirlər.
Günəş Mərd
tag: İordaniya, İsrail, Tibbi Yardım, Hərbçilər, todaypress.az,