İsrail ərəb ölkələrinə etibar etmir

Dünya

09.08.2024 14:53

İsrail hakimiyyəti ABŞ ilə əməkdaşlıq edən ərəb ölkələrinin İranın İsrailə mümkün hücumunu dəf etməkdə iştirak etməyəcəyindən narahatdır.

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. 

Nəşr qeyd edib ki, aprelin 13-də İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ İranın raket və dronlardan istifadə edərək İsrailə hücumunun uğurla dəf edilməsində iştirak ediblər. Buna baxmayaraq, İordaniya və Səudiyyə Ərəbistanı indi hava məkanlarının müharibə zonasına çevrilməsini istəmirlər. Artıq Misir İsrailin İranın hücumunu dəf etməsində iştirak etməkdən imtina edib. 

Bildirilib ki, hazırkı vəziyyətdə tammiqyaslı müharibə perspektivi ilə üzləşən İsrail təkbaşına hərəkət etməli olacaq.

Günəş Mərd

tag: İsrail, ABŞ, İordaniya, Səudiyyə Ərəbistan, BƏƏ, Misir,todaypress.az,