İsrail ərazisində atışma başladı
İsrailin İordan çayının qərb sahilindəki Bekaot yaşayış məntəqəsi yaxınlığında atışma baş verib.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Hələ ki, itkilər barədə məlumat yoxdur.
“İsrail Müdafiə Qüvvələrinin qoşunları ərazini darayır və ərazidəki yolları bağlayır” deyə mətbuat xidməti bildirib.
tag: İsrail, İordan, Bekaot, Atışma, todaypress.az,