İsrail ərazisi Livandan atəşə tutuldu
Livandan İsrail ərazisinə beş raket atılıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, qalanları isə yaşayış olmayan əraziyə düşüb.
Atışma nəticəsində hava hücumu xəbərdarlığı elan edilib.
Günəş Mərd
tag: Livan ,İsrail ,Ordu, Raket, Hücum ,todaypress.az,