İsrail əməliyyat planları hazırladı

Dünya

28.07.2024 18:02

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Livandan Məcdəl Şəms kəndinə hücumdan sonra təhlükəsizlik vəziyyətini dəyərləndirib və əməliyyat planları hazırlayıb. 

TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova məlumat verib.   

“Hizbullah”ın 10-16 yaş arası 12 uşağın ölümü ilə nəticələnən İsrail şəhərinə hücumundan sonra vəziyyəti qiymətləndirdi və əməliyyat planları hazırladı”deyə o qeyd edib.

Ukolovanın sözlərinə görə, bu planlar təsdiq olunmaq üçün İsrail hökumətinə göndəriləcək.   

Ordu sözçüsü qeyd edib ki, baş qərargah rəisi iyulun 28-nə keçən gecə Məcdəl Şəmsə səfəri zamanı təhlükəsizlik məsələləri ilə bağlı müşavirə keçirib. Əməliyyat planlarının hazırlanması Halevinin indi keçirdiyi iclas zamanı müzakirə olunub.   

Günəş Mərd 

tag: İsrail,qərargah,müdafiə,hərb,Məcdəl Şəms,todaypress.az,