İsrail ələ keçirdiyi ərazilərdə yeni qəsəbə salır
İsrail ələ
keçirdiyi ərazilərdə yeni qəsəbə salmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə
“Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, İordan
çayının qərb sahili qanuniləşdirilib, üç yeni qəsəbə salınacaq.
Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrin əksəriyyəti hesab edir ki, İordan çayının qərb sahilində və 1967-ci ildə Yaxın Şərq müharibəsində İsrail tərəfindən ələ keçirilən digər ərazilərdə tikilmiş yaşayış məntəqələri beynəlxalq hüquqa əsasən qanunsuzdur.
Qeyd edək ki, İsrail və HƏMAS arasında 10 aylıq müharibəyə son qoymaq və Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsinə yönəlmiş beynəlxalq danışıqların yeni raundu cümə axşamı Qətərdə keçiriləcək.
Aytac Müşfiq
tag: İsrail,HƏMAS,İordan,Fələstin,todaypress.az,