İsrail Dohaya nümayəndə heyəti göndərəcək

Dünya

04.02.2025 11:32

İsrail həftənin sonuna qədər Qətərə nümayəndə heyəti göndərəcək.

TodayPress xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dən qayıdandan sonra İsrailin Qəzza razılaşmasının ikinci mərhələsi ilə bağlı mövqeyini müzakirə etmək üçün təhlükəsizlik kabinetini toplayacaq. 

"Netanyahu Vaşinqtonda milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkof ilə görüşüb. Görüşün ardınca İsrail bu həftənin sonunda gələcək texniki detalları müzakirə etmək üçün Dohaya işçi heyəti göndərməyə hazırlaşır” deyə bəyanatda bildirilib.

Baş nazirin ofisi qeyd edib ki, onun Vals və Vitkof ilə görüşü müsbət və dostluq şəraitində keçib.

Töhfə Səməd

tag: İsrail ,Qətər,Nazirlər Kabineti,Benyamin Netanyahu,todaypress.az,