İsrail diplomatı: İsrail girovlar azad edildikdə Qəzzada əməliyyatı dayandıracaq

Dünya

08.10.2024 04:13

HƏMAS saxladığı girovları azad etdikdən sonra İsrail Qəzza zolağındakı əməliyyatlarını dayandıracaq.

TodayPress xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Danny Danon bildirib.

"HƏMAS girovları azad edərsə, bu, sabah səhər baş verə bilər. Amma təəssüf ki, mən bu hadisəyə nikbin baxmıram, hansı xarakterlə üzləşdiyimizi və hazırda Qəzzada baş verənləri bilmirəm. HƏMAS-ın birdən-birə girovları azad etmək qərarına gələcəyinə ümidli deyiləm” o vurğulayıb.

Oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin qruplaşmasının yaraqlılarının İsrail ərazisinə qəfil hücumu, Qəzza sərhədi yaxınlığında yaşayan çoxlu israilli sakinini öldürməsi və qadınlar da daxil olmaqla 250-dən çox israillini qaçırmasından sonra Yaxın Şərqdə gərginlik yenidən alovlandırıb.

Aynur TAC

tag: Israil, Həmas, Diplomat, Fələstin , Əsir,todaypress.az,