İsrail Dəməşqin məhəllələrinə silsilə zərbələr endirdi
Dünya
10.12.2024 03:45
İsrail
Dəməşqin məhəllələrinə hava zərbələri endirib.
TodayPress xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb
Mənbənin
məlumatına görə, zərbələr elektron müharibəyə nəzarət mərkəzi və Suriya ordusu
helikopterlərinin hərbi aerodromunu hədəf alıb. Hər iki obyekt Dəməşqin
cənub-şərqindəki Aqraba məhəlləsində yerləşir.
Bundan
başqa Suriya paytaxtının şimalındakı Bərzə məhəlləsinə də zərbə endirilib.
Bildirilib
ki, on beş raket atılıb. Orada yerləşən elmi-tədqiqat institutunun bir neçə
binası dağıdılıb.
Aynur TAC
tag: İsrail, Dəməşq, Müharibə, Zərbə, Aqraba, todaypress.az,