İsrail daha bir HƏMAS rəsmisini məhv etdi

Dünya

08.09.2024 14:15

1791

İsrailin hava hücumu nəticəsində Qəzza zolağının şimalında HƏMAS-ın daxili təhlükəsizlik rəhbərinin müavini həlak olub.

TodayPress xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bildirilib ki, polkovnik Məhəmməd Mursi Cəbəliyədəki evinə hücum zamanı həlak olub.

Töhfə Səməd

tag: İsrail,HƏMAS,Qəzza,Hücum,Məhəmməd Mursi,Cəbəliyə,