İsrail BMT-ni İrana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırdı
Dünya
02.10.2024 20:50
Təl-Əviv Birləşmiş Millətlər Təşkilatını (BMT) iri
raket hücumuna görə İrana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.
TodayPress xəbər verir ki, bunu
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.
"Biz BMT-ni ölkəmizə hücumuna görə İrana qarşı sərt
sanksiyalar tətbiq etməyə çağırırıq" diplomat bildirib.
Danon həmçinin vurğulayıb ki, Tehranın hərəkətləri ilə
üzləşəcəyi nəticələr “təsəvvür etdiyindən də pis olacaq.
Oktyabrın 1-i axşam İran İsrailə 500-ə yaxın ballistik
raket atıb. Bu, İsrail Müdafiə Qüvvələrinin Livanda Hizbullaha qarşı quru əməliyyatına
başlamasından bir gün sonra baş verib.
Aynur TAC
tag: İran, İsrail, BMT, Tehran, Livan, todaypress.az,