İsrail bir qrup fələstinlini həbs etdi

Dünya

14.09.2024 14:40

İsrail hərbçilərinin İordan çayının qərb sahilində keçirdiyi reydlər nəticəsində bir qrup fələstinli şəxs saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə “Fələstinli Məhbuslar Klubu” məlumat yayıb. 

Bildirib ki, İsrail qüvvələri sutka ərzində bir neçə keçmiş məhbus da daxil olmaqla, azı 10 fələstinlini həbs edib.

Qeyd edilib ki, münaqişə başlayandan bu yana İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 10 min 700-dən çox şəxs həbs edilib.

Töhfə Səməd

tag: israil,Hərbi,İordan,Fələstinli Məhbuslar Klubu,Şərqi Qüds,Saxlanma,todaypress.az,