İsrail Beyrutun cənub sakinlərinə xəbərdarlıq etdi
İsrail ordusu Beyrutun
cənubundakı Haret Horeik və El Leylaki məhəllələrinin sakinlərini yaxın
saatlarda hava hücumlarına məruz qalacaq bir neçə binanı tərk etməyə çağırıb.
TodayPress xəbər verir ki, Bürc əl-Barajna qaçqın düşərgəsinin
sakinlərinə də xəbərdarlıq göndərilib.
Gözlənilən
hücumla bağlı məlumatı "X"də İsrail ordusunun ərəb dilli nümayəndəsi
Aviçai Edri yayıb.
tag: Beyrut, İsrail, Hücum, Livan, todaypress.az,