İsrail Baş nazirinin Ofisi: İran 180-ə yaxın raket atıb, onların əksəriyyəti dəf edilib
Dünya
02.10.2024 03:32
İran İsrailə 180-ə yaxın raket atıb,
onların əksəriyyəti dəf edilib.
TodayPress xəbər verir ki, bunu İsrail Baş nazirinin
ofisinin müşaviri Dmitri Gendelman deyib.
Gendelman İsrailin həm müdafiə, həm də hücum baxımından
istənilən ssenariyə hazır olduğunu vurğulayıb:
"Bizə zərər vurmaq istəyən və ya planlaşdıran hər
kəsə zərbə endirəcəyik" hökumət rəsmisi bildirib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu
həyata keçirib. Ağ Ev məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın
ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan
hava məkanını bağlayıb.
tag: İsrail, İran,Hökumət, Ağ Ev, todaypress.az,