İsrail antiterror əməliyyatı keçirir

Dünya

03.08.2024 14:24

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Tulkərm şəhəri ərazisində antiterror əməliyyatı keçirir. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF) teleqram kanalında məlumat verilib.

Əməliyyatın İDF, Baş Təhlükəsizlik Xidməti və İsrail polisi tərəfindən həyata keçirildiyi bildirilir. 

Ordunun mətbuat xidməti həmçinin qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri daha əvvəl Kaffin şəhəri ərazisində avtomobildə olan 5 terrorçunu zərərsizləşdirib.

Günəş Mərd

tag: israil, Terorr,Tulkərm, İDF, Polis, todaypress.az,