İsrail Amsterdamdakı xilasetmə missiyasını ləğv etdi
Dünya
08.11.2024 15:20
İsrail Fələstin tərəfdarı fəallarının şəhərdə israilli azarkeşlərə hücumundan sonra Amsterdamdakı xilasetmə missiyasını ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) öz internet saytında məlumat yayıb.
"Heç bir İDF bölməsi Amsterdama getməyəcək" məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün Niderlandın paytaxtı Amsterdamda “Ayaks” klubu ilə Təl-Əvivin “Makkabi” komandası arasında keçirilən futbol matçından sonra fələstinli tərəfdarların hücumu nəticəsində on israilli azarkeş xəsarət alıb. Hücumlar fonunda Amsterdamdakı israillilərə milli simvolları nümayiş etdirməməyə və mümkünsə küçələrə çıxmamağa çağırış edilib. İsrailin Amsterdamda israilli azarkeşlərə qarşı silsilə hücumlardan sonra Niderlanda xilasedici missiya göndərməyi planlaşdırdığı bildirilib.
Günəş Mərd
tag: İsrail, Amsterdam, Ayaks, İDF, Makkabi, todaypress.az,