İsrail ABŞ-dən THAAD raketdən müdafiə sistemləri alacaq
Dünya
14.10.2024 18:19
Yaxın vaxtlarda İsrail öz ərazisində Amerikanın THAAD raketdən müdafiə sistemlərinin batareyasını yerləşdirəcək.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qərar oktyabrın 14-də İsrailin müdafiə naziri Yoav Qalantla Pentaqonun rəhbəri Lloyd Ostin arasında telefon danışığından sonra qəbul edilib.
Hərbi departamentin bəyanatında deyilir:
“Bu, ABŞ-nin İran və onun etibarlı qüvvələrinin havadan təhdidlərinə qarşı İsrailin təhlükəsizliyi və müdafiəsinə sadiqliyinin daha bir bariz sübutudur”.
Qeyd edək ki, THAAD orta mənzilli raketləri və ya düşmən təyyarələrini yüksək hündürlükdə, transatmosferdən tutmaq üçün nəzərdə tutulmuş yerüstü mobil hava hücumundan müdafiə sistemidir.
Günəş Mərd
tag: İsrail , Lloyd Ostin ,Yoav Qalant ,Pentaqon ,THAAD ,todaypress.az,