İsrail ABŞ-dən 25 ədəd F-15 qırıcısı alacaq
Dünya
08.11.2024 08:56
İsrail ABŞ-ın Boeing
şirkəti ilə 5,2 milyard dollar dəyərində 25 ədəd qabaqcıl F-15 döyüş
təyyarəsinin alınması üçün müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, bu haqda İsrailin Müdafiə Nazirliyi
açıqlama verib.
Açıqlamada, 5,2 milyard dollarlıq müqavilənin daha əvvəl ABŞ
rəhbərliyi və Konqresi tərəfindən təsdiqlənmiş yardım paketinin bir hissəsi
olduğu bildirilir.
Yeni alınan F-15 döyüş təyyarələrinin həmçinin İsrailin mövcud silahları ilə inteqrasiya olunmuş qabaqcıl silah sistemləri ilə təchiz ediləcəyi, mənzil və yük daşıma qabiliyyətinin artırılacağı bildirilir.
tag: ABŞ, İsrail, Təyyarə, Qırıcı, F-15, todaypress.az,