İsrail ABŞ-a İranın nüvə obyektləri ilə bağlı niyyətlərini açıqladı

Dünya

15.10.2024 22:52

2363

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsraildən İranın nüvə obyektlərinə zərbə endirməyəcəyinə dair zəmanət alıb .

 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, İsrail ABŞ-a Tehranın 1 oktyabr raket hücumuna cavab vermək niyyətini açıqlayıb. Eyni zamanda, Təl-Əviv Ağ Evi İranın nüvə və neft obyektlərinə hücum planının olmadığına inandırıb.

 

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Qəzza zolağında humanitar vəziyyətə görə İsrailə silah embarqosu tətbiq etməklə hədələyiblər.

 

Qeyd olunub ki, Blinken və Ostin vəziyyəti düzəltmək üçün İsrailə bir ay vaxt verib.

 

Aynur TAC 

tag: ABŞ, İsrail, Ağ Ev,Entoni Blinken, Qəzza,