İsrail 33 girov müqabilində 1890 fələstinli məhbusu azad edəcək
Dünya
18.01.2025 22:44
İsrail razılaşmanın birinci mərhələsində HƏMAS-ən
əlində olan 33 girovun müqabilində
1890-dan çox fələstinli məhbusu azad edəcək.
TodayPress xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat verib.
"42 gün davam edəcək birinci mərhələdə
HƏMAS İsrailin 1890-dan çox məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək"
nazirliyin “Facebook “səhifəsində dərc
edilən mətndə deyilir.
Nazirlik həmçinin vasitəçilərin
Qəzza atəşkəsinin razılaşdırılmış
müddət ərzində üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini də
xatırladıb.
Bundan əvvəl Qətərin Xarici
İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari isə HƏMAS
ilə İsrail arasında Qəzza zolağında atəşkəsin yanvarın 19-da yerli vaxtla saat
08:30-da qüvvəyə minəcəyini bildirmişdi.
tag: İsrail, Fələstin, Girov, Əsir, HƏMAS, XİN, todaypress.az,