İsrail 2 min fələstinli məhbusu azad edəcək

Dünya

17.01.2025 10:08

Dohada yanvarın 16-da İsrail və HƏMAS arasında girovların azad edilməsinə və Qəzza zolağında atəşkəsə dair əldə edilmiş razılaşmanın birinci mərhələsi 33 İsrail əsirinin 2 min Fələstin məhbusuna dəyişdirilməsini nəzərdə tutur.

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və həyata keçirilməsi imzalanmasından 2-3 gün sonra başlayacaq. İlk növbədə 33 girov azad ediləcək. Əvvəlcə qadınlar və uşaqlar, sonra qadın əsgərlər, daha sonra 50 yaşdan yuxarı kişilər və s. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2 min məhkumu, o cümlədən 2023-cü ilin 7 oktyabr hadisələrindən sonra saxlanılmış təxminən min nəfəri azad edəcək.

Qeyd edək ki, mübadilə üçün təsdiqlənmiş Fələstin məhbuslarından təxminən 250 nəfəri ömürlük həbs cəzasına məhkum edilib.

tag: HƏMAS, İsrail ,Azad ,Məhkum, todaypress.az,