İsrail 183 məhbusu HƏMAS-a təhvil verdi

Dünya

01.02.2025 18:26

İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə atəşkəs razılaşması çərçivəsində 183 fələstinli məhbusu azad edib. 

TodayPress xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. 

Azad edilən fələstinlilərin bir hissəsinin İordan çayının qərb sahilinə, digər hissəsinin isə Qəzza zolağına aparıldığı qeyd edilib.

Xatırladaq ki, yanvarın 19-da HƏMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs elan edilib. 

Atəşkəs müddəalarına əsasən Fələstin 33 girovu İsrailə qaytaracaq, İsrail isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Nicat Osman

tag: İsrail,Məhbus,Fələstin,Razılaşma,Todaypress.az,