İsrail 110 fələstinli məhbusu azad edəcək
Dünya
30.01.2025 00:34
İsrail yanvarın 30-da
“HƏMAS” ilə razılaşma çərçivəsində həbsxanalarda cəza çəkən 110 fələstinli
məhbusu azad edəcək.
TodayPress-in məlumatına görə, bu barədə Fələstin
Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, azad edilənlərin 30-u azyaşlı, 32-si
ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir.
Bundan əvvəl “HƏMAS” yanvarın 30-da Qəzza zolağında girov
saxlanılan İsrail vətəndaşı Arbel Yehudu, İsrail Müdafiə Qüvvələrinin əsgəri
Agam Berger və 80 yaşlı israilli Qadi Mozesi azad edəcəyini açıqlamışdı.
tag: İsrail, Məhbus, Cəza, HƏMAS, Qəzza, todaypress.az,