İspaniyada zavodda partlayış oldu, 3 nəfər öldü
Dünya
27.11.2024 20:51
İspaniyanın Alikante əyalətində (Valensiya muxtar icması) zavodun sənaye anbarında partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
Nəticədə azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər cəlb edilib.
tag: İspaniya, Valensiya, Partlayış,Ölüm, todaypress.az,