İspaniyada təcili toplantı: Kiberhücum ola bilər
İspaniya hakimiyyət orqanları ölkədə genişmiqyaslı elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcək kiberhücumun olması ehtimalını istisna etmir.
TodayPress xəbər verir ki, bu barədə "ABC" qəzeti məlumat yayıb.
Artıq yarım günə yaxındır ki, ölkədə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Mobil internet, rabitə demək olar ki, yoxdur. Supermarketlər bağlanıb, banklarda növbələr yaranıb.
Svetoforlar, hava limanları, metro və dəmir yollarının fəaliyyəti pozulub. Yol Nəqliyyatı İdarəsi insanları şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.
Töhfə Səməd
***
17:16
İspaniya hökuməti təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
TodayPess xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.
Töhfə Səməd
tag: İspaniya ,Milli Təhlükəsizlik Şurası,Təcili ,todaypress.az,