İspaniyada sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatdı
Dünya
31.10.2024 03:56
İspaniyada intensiv yağışlar və sel
nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
TodayPress-in məlumatına görə, bu barədə Regional
Təcili Yardım Xidməti xəbər verib.
Qeyd olunur ki, 92 nəfər Valensiyada, 2 nəfər
Kastilya-La-Mança (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.
Oktyabrın 29-da cənub və şərq İspaniyada intensiv
yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən
bölgələrin hakimiyyəti sakinləri evlərini tərk etməməyə çağırıb.
Meteoroloqların proqnozlarına görə, kəskin hava şəraiti
31 oktyabra qədər davam edəcək.
Ölkədə çoxsaylı insan tələfatı ilə bağlı matəm elan
edilib.
Hazırda kralıqda 8 bölgə (Əndəlüs, Valensiya icması,
Araqon, Kastiya və Leon, Kataloniya, Ekstremadura, Navarra, Seuta) hələ də
güclü yağışlar və sel təhlükəsi altındadır.
Vəziyyətlə əlaqədar olaraq, ölkənin fövqəladə vəziyyətlər
bölməsi Valensiya əyalətində 1 000-dən çox hərbçini yerləşdirərək, yerli
Fövqəladə Halların Koordinasiya Mərkəzi ilə birlikdə leysanların nəticələri ilə
mübarizə aparır.
tag: ispaniya, Valensiya, Daşqın, Yağış, todaypress.az,