İspaniyada səfirliklərə partlayıcı yollayan şəxs 18 il azadlıqdan məhrum edildi
Dünya
24.07.2024 06:30
İspaniya məhkəməsi 2022-ci ildə
ABŞ və Ukrayna səfirliklərinə, həmçinin Baş nazir Pedro Sançezə partlayıcı yerləşdirilmiş
məktublar göndərən təqaüdçünü 18 il azadlıqdan məhrum edib.
TodayPress xəbər verir
ki, Madrid məhkəməsinin çıxardığı hökmdə yaşlı kişi terrorçuluq və partlayıcı
vasitələri hazırlamaqda təqsirli bilinir.
76 yaşlı kişi üçün prokurorluq
22 həbs tələb etsə də, məhkəmə terrorizm maddəsi ilə 10 il, partlayıcı
hazırlama maddəsi ilə 8 il azadlıqdan məhrumetmə cəzası ilə kifayətlənib.
İstintaq materiallarında göstərilir
ki, yaşlı kişi ABŞ və Ukrayna səfirliklərinə, Baş nazir Pedro Sançezə, müdafiə
nazirinə və hərbi bazalara partlayıcı yerləşdirilmiş 6 məktub göndərib.
Ukraynanın Madriddəki Səfirliyinin əməkdaşı bu məktubu açarkən ciddi xəsarət
alıb.
Lakin məhkəmə sınaq müddəti təyin etməklə 76 yaşlı kişini sərbəst buraxıb. Onun cinayəti maraq xatirinə törətməsi və məhkumluğunun olmaması nəzərə alınıb.
tag: İspaniya, Məhkəmə, Səfirlik, ABŞ, Ukrayna, todaypress.az,