İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralandı

Dünya

19.01.2025 06:45

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.

TodayPress xəbər verir ki, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.

Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.

Məlumata görə, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisənin səbəbi hazırda məlum deyil.


İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü" deyib: "Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk".

 

tag: İspaniya, Hadisə, Fransa, Pirenay, Kanat, todaypress.az,