İspaniyada daşqınlardan ölənlərin sayı 223 nəfərə çatdı
Dünya
09.11.2024 07:56
İspaniyada son 30 ilin ən ölümcül
daşqınlarında ölənlərin sayı 223 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə İspaniyanın
nəqliyyat naziri Oskar Puente “X” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, daşqınlar nəticəsində 78 nəfər itkin
düşüb, meyiti tapılan 48 nəfərin isə hələ də şəxsiyyəti müəyyən edilməyib.
Qeyd edək ki, Turis, Çiva və Bunyol şəhərləri kimi
Valensiyanın bəzi hissələrinə 400 mm-dən çox yağıntı yağıb ki, bu da bir illik
yağıntı normasına bərabərdir.
tag: Daşqın, Valansiya, Yağıntı, Turis, Çiva, Bunyol, todaypress.az,