İspaniyada daşqınlar nəticəsində 90-a yaxın insan itkin düşdü
Dünya
06.11.2024 04:12
İspaniyanın
şərqindəki Valensiyada son daşqınlarda ən azı 89 nəfər itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə bölgənin ali məhkəməsi “X” sosial media
platformasında bildirib.
Oktyabrın
29-da İspaniya Dövlət Meteorologiya İdarəsi güclü yağışlarla əlaqədar ölkənin
müxtəlif bölgələri üçün hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Yağışların
xüsusilə intensiv olduğu İspaniyanın cənub və şərq bölgələrində təhlükə
səviyyəsi maksimuma qaldırılıb. Təbii fəlakətdən ən çox İspaniyanın şərqindəki
Valensiya əyaləti zərər çəkib.
İndiyədək
211 nəfərin öldüyü bildirilir, itkin düşənlərin axtarışları davam edir.
Aynur TAC
tag: İspaniya, Daşqın, Valensiya, Ölüm, todaypress.az,