İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşdü
Dünya
30.10.2024 09:38
İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə" The Guardian" yazıb.
Sular azaldıqdan sonra xilasedicilər bir neçə cəsəd aşkar ediblər.
Valensiya şəhərində yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb. Əndəlüsdə 276 sərnişini daşıyan sürət qatarı təbii fəlakət nəticəsində relsdən çıxıb, xəsarət alan olmayıb.
Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı xəbərdarlıq edib.
Günəş Mərd
tag: İspaniya, Daşqınlar, Fəlakət, Valensiya, Dünya, todaypress.az,