İspaniyada daşqın qurbanlarının sayı 214 nəfərə çatdı

Dünya

03.11.2024 18:30

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.  “

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir.

Ölənlərin meyitlərinin axtarışı davam edir. Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi. 

Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.  Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər.

Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.

tag: İspaniya,Təbii fəlakət,Ölü,İtkin,Todaypress.az,